az
en
Bu gün: 22 Noyabr 2019
Muzey materialı nümayiş olunub
Beynəlxalq Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsi çərçivəsində xanəndə Seyid Mirbabayevin xatirə gecəsi keçirilmişdir. Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda mühafizə olunan qaval (İnv. № 7140) tamaşaçılara nümayiş olunmuş və xüsusi maraqla qarşılanmışdır. Qavalın nümayiş olunmasına şərait yaradıldığına görə Muzeyin direktoru Nailə Vəlixanlıya xüsusi minnətdarlıq bildirilmişdir. Qaval 1920-ci illərdə Seyid Mirbabayev tərəfindən bəstəkar Ağabacı Rzayevanın atası İsmayıl bəyə bağışlanmışdır. 1970-ci illərdə isə İsmayıl bəyin ailəsi tərəfindən muzeyə təhvil verilmişdir. Qaval sədəflə bəzənmişdir. Tədbirdə muzeyin Etnoqrafiya fondunun müdiri Sevinc Nəsirova da iştirak edib.
Elanlar