az
en
Bu gün: 22 Noyabr 2019
Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunmuş Beynəlxalq elmi simpozium keçiriləcək
Oktyabrın 2-3-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində görkəmli Azərbaycan mütəfəkkiri, ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun (1869-1939) anadan olmasının 150 illiyinə həsr olunmuş Beynəlxalq elmi simpozium keçiriləcək. Simpoziumda Ə.Ağaoğlunun Azərbaycanda və Türkiyədə ictimai-siyasi fəaliyyəti, türkçülük ideologiyasının formalaşmasında xidmətləri, Şərqdə müasirləşmə problemlərinə baxışı, Ağaoğlular nəslinin Türkiyənin ictimai-siyasi həyatında rolu və s. mövzular ətrafında müzakirələr aparılacaq. Azərbaycan, İran, Niderland, Rusiya, Türkiyə alimlərinin iştirak edəcəyi tədbirdə 30-dan artıq elmi məruzənin dinlənilməsi nəzərdə tutulub. Qeyd edək ki, simpoziumun işində həmçinin Ə.Ağaoğlunun Türkiyədə yaşayan qohumları da iştirak edəcəklər.
Elanlar