az
en
Bu gün: 22 Noyabr 2019
Muzeydə “Nəsimi ideyaları günümüzün işığında” adlı seminar keçirilib
27 sentyabr 2019-cu il tarixində AMEA Milli Azərbaycan Tarixi Muzeyində dahi Azərbaycan şairi və mütəfəkkiri İ.Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Nəsimi ideyaları günümüzün işığında” adlı seminar keçirilib. Tədbir muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsi və Səbail rayon YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatı tərəfindən təşkil olunub. Seminarda muzeyin elmi işlər üzrə direktor müavini, t.ü.e.d., dosent Nərgiz Əliyeva, YAP Səbail rayon təşkilatının sədr müavini Əhliman Qarayev, YAP Səbail rayon təşkilatının məsləhətçisi Fariz Quliyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) şöbə müdiri, f.ü.f.d. Rəşad İlyasov, muzey əməkdaşları, Maliyyə-İqtisad Kollecinin müəllim-tələbə heyəti, Səbail rayonu 6 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak edib. Tədbiri açan muzeyin elmi işlər üzrə direktor müavini, t.ü.e.d., dosent Nərgiz Əliyeva iştirakçıları salamladı, tədbirin mahiyyəti haqqında məlumat verib, İ.Nəsiminin Azərbaycanın fikir tarixindəki rolunu yüksək qiymətləndirdi. Muzeyin fondlarında Nəsiminin əsərlərinin, ona həsr olunmuş tabloların qorunduğunu, mütəmadi olaraq Nəsimi və digər Azərbaycan mütəfəkkirlərinə həsr olunmuş tədbirlərin keçirildiyini qeyd etdi. Sonra Səbail rayon YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının sədri, muzeyin baş mütəxəssisi Pərvanə Əzimova dövlət başçısının müvafiq Sərəncamını oxudu. Daha sonra YAP Səbail rayon təşkilatının sədr müavini Əhliman Qarayev və təşkilatın məsləhətçisi Fariz Quliyev çıxış edib, dövlət başçısının İ.Nəsimi və digər Azərbaycan mütəfəkkirlərinin təbliğində oynadığı əhəmiyyətli rolu, bu sahəyə göstərdiyi qayğını vurğuladılar. Sonra məruzəçilər – BBMM-nin şöbə müdiri, f.ü.f.d. Rəşad İlyasov “Təsəvvüf metafizikası və multikulturalizm”; muzeyin böyük elmi işçisi, t.ü.f.d. Əli Fərhadov “Nəsimi irsində dinlərin və aləmin vəhdəti”; muzeyin fond müdiri, dosent Nardanə Yusifova “Nəsimi yaradıcılığına riyazi-məntiqi yanaşma” mövzularında slaydların müşayiəti ilə məruzə ilə çıxış etdilər. Sonda iştirakçıların sualları cavablandırıldı, xatirə şəkli çəkildi.
Elanlar