az
en
Bu gün: 14 Dekabr 2019
Muzey əməkdaşının məqaləsi “İRS” beynəlxalq jurnalında dərc olunub
“İRS” beynəlxalq jurnalının növbəti sayında AMEA Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, t.ü.f.d., dosent Səbuhi Əhmədovun Xalq Təssərrüfatı Nailiyyətləri Sərgisində yerləşən Azərbaycan SSR “AZƏRBAYCAN” pavilyonunun 80 illiyinə həsr olunmuş məqalə çap olunub. Məqalə “Odlar yurdunun pavilyonu Sovetlər ölkəsinin əsas sərgisində” (№4, 2019, s.16-25) adlanır. Müəllif məqaləsində qeyd edir ki, 1939-cu ildə Moskvada açılan və böyük marağa səbəb olmuş Ümumittifaq Kənd Təsərrüfatı Sərgisi sonradan Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinə çevrilib. İttifaq Respublikalarının xalq təsərrüfat nailiyyətlərinin daha da geniş işıqlandırılması məqsədi ilə sonralar ayrı-ayrı respublikaların da pavilyonları açılmışdır. Azərbaycan SSR “AZƏRBAYCAN” pavilyonunun binasının layihəsi iki memar - Sadıq Dadaşov və Mikayıl Üseynov tərəfindən hazırlanmışdır.
Elanlar