az
en
Bu gün: 23 Oktyabr 2019
Muzeydə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının xəritəsi qorunur
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda 1922-ci ildə yaradılmış Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının xəritəsi (İnv. № 325/15) qorunur. Azərbaycanca “Zaqafqaziya Şura Hökumətinin xəritəsi”, rusca isə “Zaqafqaziya Sovet Respublikaları Federasiyasının xəritəsi”* adlandırılıb. Xəritə 1923-cü ildə Bakıda dərc edilmiş, 1974-cü ildə muzeyə təhvil verilmişdir. Bu xəritə özündə həm fiziki, həm də iqtisadi xəritələrin əlamətlərini ehtiva edir. Aşağı sol küncündəki şərti işarələr nişanlarına nəzər saldıqda burada faydalı qazıntı və mədənlərin yerləşdirilməsinə, texniki bitkilərin becərilməsinə və əkinçiliyin digər növlərinə, istehsalata və nəqliyyat infrastrukturuna, habelə coğrafi relyefə dair göstəricilər öz əksini tapıb. Xəritə Zaqafqaziyanın sovet tarixinin və coğrafiyasının tədqiqi baxımından əhəmiyyətlidir.
Elanlar