az
en
Bu gün: 14 Dekabr 2019
Muzey əməkdaşı festivalda iştirak edib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunun müdiri, dosent N.Yusifova 3-6 oktyabr 2019-cu il tarixində Beynəlxalq Muğam Mərkəzində keçirilən “Azərbaycan milli nəfəs alətləri festvalı”nda iştirak edib. O, “Nəfəsli musiqi alətlərində forma məzmun vəhdətinə riyazi-məntiqi yanaşma (muzey materialları əsasında) adlı məruzə ilə çıxış edib. Məruzə muzeyin fond materialları əsasında olub. N.Yusifovanın məruzəsi maraqla qarşılanıb, məruzəçi verilən suallara əhatəli cavab verib.
Elanlar