az
en
Bu gün: 23 Oktyabr 2019
Muzey əməkdaşı beynəlxalq konfransda iştirak edib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov 04-05 oktyabr 2019-cu il tarixlərində Ukraynanın Odessa şəhərində yerləşən İ.İ. Meçnikov adına Odessa Milli Universitetində bilik mübadiləsinə həsr olunmuş “Between Dependency and Independency of Academic Cultures. The Interwar Black Sea Region” (“Akademik mədəniyyətlərin asılılığı və müstəqilliyi arasında. Müharibəarası Qara Dəniz bölgəsi”) adlı beynəlxalq konfransda iştirak edib. Konfrans Avropa Komissiyasının Horizon 2020 Maria Skladovska Küri Proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi” layihəsi çərçivəsində baş tutub. E.Dadaşov konfransda “The importance of education in Europe for increasing the intellectual potential of the Azerbaijan in 1918-1920 years” (“1918-1920-ci illərdə Azərbaycanın intelektual potensialının artırılmasında Avropada təhsilin rolu”) adlı məruzə ilə çıxış edib. Məruzəçi 1918-20-ci illər Avropa təhsilinə inteqrasiya sahəsində atılan ilk addımlar, mərhələlər barədə məlumat verib. Həmçinin qazanılmış bilik mübadiləsinin ölkənin intelektual potensialının artırılmasına yönəlmiş islahatların nəticələrindən bəhs edib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, konfrans iştirakçılarının mövzu ilə əlaqədar sualları E.Dadaşov tərəfindən cavablandırılıb.
Elanlar