az
en
Bu gün: 14 Dekabr 2019
Muzeydə general-mayor Tərlan Əliyarbəyova məxsus materiallar qorunur
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Hədiyyələr və xatirə əşyaları fondunda general-mayor Tərlan Əliyarbəyovun diplomu, orden kitabçası və hərbi bileti mühafizə olunur (İnv. №1911). Bu sənədlər 1958-ci ildə muzeyə təhvil verilib. Tərlan Əliyarbəyov çar ordusunun zabiti kimi Birinci Dünya müharibəsində iştirak edib. Cümhuriyyət dövründə alay komandiri olub, ölkənin şimal sərhədlərini qoruyub. Aprel çevrilişindən sonra könüllü şəkildə Qızıl Orduya qatılıb, yüksək hərbi vəzifələrdə işləyib. 1932-ci ildə Azərbaycan Neft İnstitutunda hərbi-pedaqoji fəaliyyət göstərib. M.V.Frunze adına Ali Hərbi Akademiyanı bitirib. İkinci Dünya müharibəsi zamanı azərbaycanlılardan ibarət 416-cı diviziyanın komandiri, 58-ci korpusun komandir müavini təyin edilib. Tərlan Əliyarbəyovun xidmətləri yüksək qiymətləndirilmiş, Lenin ordeni, Qırmızı Ulduz ordeni və diqər müxtəlif orden və medallarla təltif edilmişdir.
Elanlar