az
en
Bu gün: 23 Oktyabr 2019
Muzeydə “Qəhrəmanlar ölmür” adlı tədbir keçiriləcək
11 oktyabr 2019-cu il tarixində saat 15:00-da AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Qəhrəmanlar ölmür” adlı tədbir keçiriləcək. Tədbir “Qarabağ müharibəsi şəhidlərini tanıyaq” layihəsi çərçivəsində keçiriləcək. Məqsəd Azərbaycanın Milli Qəhrəmanlarının tanıdılması, onlar haqqında olan məlumatların ictimaiyyətə, eləcə də məktəblilərə çatdırılmasıdır. Tədbir muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsi, Azərbaycan Veteran Tankçılar Birliyi və Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi 140 nömrəli tam orta məktəbi tərəfindən təşkil edilir. Tədbirdə Qarabağ müharibəsi veteranları, məktəblilər, muzey işçiləri, gənc alimlər iştirak edəcək.
Elanlar