az
en
Bu gün: 23 Oktyabr 2019
Çinli qonaqlar Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər
AMEA Milli Azərbaycan Tarixi Muzeyi çinli alimlər tərəfindən ziyarət edilib. Azərbaycanla əməkdaşlıq səbəbilə ölkəmizdə olan Çin İctimai Elmlər Akademiyasının Rusiya,Şərqi Avropa və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun nümayəndələri - Dr. Bao Yi və Dr. Yan Tszin muzeyin direktoru, akademik Nailə Vəlixanlı ilə görüşüblər. Qonaqlara muzeyin tarixi və görkəmli xeyriyyəçi H.Z.Tağıyev haqqında məlumat verilib. Akademik Nailə Vəlixanlı özünün Çinə elmi səfərləri və təəssüratlarından bəhs edib. Qeyd edib ki, İpəkyolu Beynəlxalq Muzeylər Alyansının vitse-prezidenti seçilib. Həmçinin Azərbaycan və Çin arasındakı tarixi əlaqələr, qurumlararası elmi-mədəni əlaqələrin yenidən davam etdirilməsi, hazırlanacaq ensiklopediyada "Böyük İpək Yolu" mövzusunda muzeydə qorunan eksponatların istifadə edilməsi haqqında da müzakirələr aparılıb. Çinli alimlərə muzeyin nəfis tərtibatlı nəşrləri hədiyyə edilib. Qonaqlar muzey rəhbərliyinə öz minnətdarlığını bildirib və xoş təəssüratla ayrılıblar.
Elanlar