az
en
Bu gün: 22 Noyabr 2019
Muzey əməkdaşının mühazirəsi keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları Qafarlı Qənirə və Dadaşova Kübranın təşəbbüsü ilə Suraxanı rayonu F. İsmayılov adına 79 saylı tam orta məktəbdə tədbir keçirilib. Muzeyin mütəxəssisi Qafarlı Qənirə “Milli Azərbaycan Tarixi Muzeyində qorunan dəyərlərimiz” adlı mühazirə oxuyub. Məktəbin 9-10-cu sinif şagirdlərinə muzeyin Silahlar və bayraqlar fondunda qorunan tarixi Azərbaycan bayraqları haqqında ətraflı məlumat verilib. Bayraqların muzey ekspozisiyasında tutduğu yerin əhəmiyyəti barədə danışılıb. Muzeydə saxlanılan bu nadir bayraqlar haqqında verilən məlumatlar şagirdlər tərəfindən böyük maraqla qarşılanıb. Mühazirənin sonunda muzeyin meneceri Kübra Dadaşova ilə məktəbin müdiriyyəti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Elanlar