az
en
Bu gün: 22 Noyabr 2019
Muzey əməkdaşı Dövlət Bayrağı Günü ilə əlaqədar konfransda iştirak edib
Səbail rayonu H. Mahmudbəyov adına 2 saylı texniki-humanitar liseydə Dövlət Bayrağı Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib. “Ey yüksələn yeni nəsil, gələcək sizindir, Onu yüksəldəcək və davam etdirəcək sizlərsiniz” adlı konfransda Milli Azərbaycan Tarixi Muzeyinin baş mütəxəssisi Pərvanə Əzimova iştirak edib. Dövlət Bayrağı Günü münasibətilə konfrans iştirakçılarını təbrik edib, bayraq və vətənpərvərlik mövzusunda cıxış edib. Konfrans “Gənc Vətənpərvərlər” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə “Gənclər vətənpərvərlik ruhunda” adlı layihə çərçivəsində keçirilib. Konfransda QHT, KİV və ictimaiyyət nümayəndələri, müəllimlər, məktəblilər iştirak edib.
Elanlar