az
en
Bu gün: 22 Noyabr 2019
YAP Səbail “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının iclası keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin YAP Səbail “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının 9 noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş iclası keçirilib. İclasda təşkilatın üzvləri və qonaqlar iştirak ediblər. Təşkilatın sədri Pərvanə Əzimova iclası açaraq, proqramla iştirakçıları tanış etdi, sonra isə Dövlət Bayrağı Gününün tarixi barədə geniş məlumat verdi. Sonra muzeyin böyük elmi işçisi, t.ü.f.d. Əli Fərhadov çıxış edib, Dövlət Bayrağının ideoloji təməlləri – türkçülük, islamçılıq və müasirlik haqqında danışdı. İclasda qonaq qismində iştirak edən muzeyin mütəxəssisi Qənirə Qafarlı da çıxış edib, Dövlət Bayrağının məktəblərdə təbliğinin əhəmiyyətini vurğuladı. Sonra muzeyin bərpaçı rəssamı Vüqar Xudaverdiyev tərəfindən təşkilatın loqosu üzvlərə təqdim edildi və yekdilliklə təsdiq olundu. Sonda iclas iştirakçıları Dövlət Bayrağı Günü munasibəti ilə xatirə şəkli cəkdirdilər.
Elanlar