az
en
Bu gün: 10 Dekabr 2019
Özbəkistan Dövlət Tarix Muzeyinin işçiləri Muzeydə olublar
28 noyabr 2019-cu ildə Özbəkistan Respublikası Elmlər Akademiyasının Özbəkistan Dövlət Tarix Muzeyinin baş mühafizi Ravşan Qulyamov və həmin muzeyin Numizmatika şöbəsinin elmi işçisi Vaxtyor Xodjayev AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı ilə görüşüb, gələcək layihələri müzakirə ediblər. Muzeyin Numizmatika və epiqrafika elmi fond şöbəsi və Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları da qonaqlarla görüşdə iştirak edib. Qarşılıqlı əməkdaşlıq haqqında müzakirələr aparılıb, təkliflər irəli sürülüb. Sonda özbəkistanlı qonaqlara muzeyin nəfis tərtibatlı nəşrləri hədiyyə edilib.
Elanlar