az
en
Bu gün: 10 Dekabr 2019
Muzeyin əməkdaşı beynəlxalq simpoziumda iştirak edib
Daş salnamə muzeyində “Arxeologiya və mədəni irs sahəsində sənayenin öhdəlikləri və töhfəsi” adlı Beynəlxalq simpozium keçirilib. Simpozium Heydər Əliyev Fondu, İçərişəhər Dövlət Tarix-memarlıq Qoruğu İdarəsi, BP, "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təşkil olunmuşdur. Simpoziumun açılışında təşkilatçı idarələrin nümayəndə heyəti, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları və Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı t.ü.f.d., dosent Səbuhi Əhmədov iştirak etmişlər. Simpoziumun məqsədi müxtəlif müəssisə və təşkilatların mədəni irsin qorunması istiqamətində həyata keçirdikləri layihələrin ictimaiyyətə təqdim edilməsi, eyni zamanda qazıntı işləri zamanı üzə çıxarılan arxeoloji tapıntiların daha dərindən öyrənilməsi və təbliğıdır.
Elanlar