az
en
Bu gün: 10 Dekabr 2019
Muzey əməkdaşı Beynəlxalq Simpoziumda iştirak edib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Sara Əhmədova 27– 30 noyabr 2019-cu il tarixində Gürcüstan Respublikasının Tbilisi şəhərində keçirilən beynəlxalq simpoziumda iştirak edib. O, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində keçirilən “Humanitar Elmlər üzrə gənc alimlərin III Beynəlxalq simpoziumu”nda “Azərbaycanda zərgərlik sənətinin inkişafında dağ yəhudilərinin rolu (The role of Mountain Jews in the development of jewelry art of Azerbaijan)” adlı məruzə ilə ingilis dilində cıxış edib. Sara Əhmədovanın məruzəsi iştirakçlar tərəfindən maraqla qarşılanıb. Mövzu ilə bağlı verilən suallar məruzəçi tərəfindən ətraflı cavablandırılıb. Simpoziumun materialları nəşr olunub.
Elanlar