az
en
Bu gün: 10 Dekabr 2019
Muzey əməkdaşları konfransda iştirak edib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Muzeyşünaslıq” kafedrasının təşkilatçılığı ilə “Muzeyşünaslığın tədrisi problemləri III Respublika Elmi Konfransı” keçirilib. Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları - Sahibə Ələkbərova və Aytən Mikayılova iştirak ediblər. S.Ələkbərova “Muzeyşünaslığın tədrisində köçkün muzeylərinin fəaliyyətinə təsir edən amillərin təhlili”; A.Mikayılova "Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda informasiya texnologiyalarının tətbiqi" adlı məruzələr ilə çıxış ediblər. Konfransın materialları nəşr edilib.
Elanlar