az
en
Bu gün: 10 Dekabr 2019
Muzeydə Ağa Məhəmməd şah Qacarın əks olunduğu portret qorunur
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunda Qacarlar sülaləsinin ilk hökmdarı Ağa Məhəmməd şah Qacarın (1742-1797) əks olunduğu portret saxlanılır (inv. № 149, karton üzərində). O, İranda mərkəzi dövlətçiliyi quraraq, gücləndirmiş, Cənubi Qafqaz uğrunda mübarizə aparmışdır. Xanlıqların separatizminə qarşı mücadilə etmiş, 1797-ci ildə Şuşada öldürülmüşdür. Onun ölümündən sonra Rusiyanın Cənubi Qafqazı işğalı prosesi sürətlənmişdir. Muzeydə qorunan bu portret Qacar tarixinin tədqiqi və incəsənət baxımından əhəmiyyətlidir.
Elanlar