az
en
Bu gün: 30 May 2020
Muzey əməkdaşının məqaləsi nəşr olunub
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin böyük elmi işçisi, t.ü.f.d. Əli Fərhadovun AMEA-nın “Filologiya və Sənətşünaslıq” elmi toplusunda “Hürufiliyin təbliğində türkcə əsərlərin rolu” (№2, 2019, s.91-96) adlı məqaləsi dərc olunub. Məqalədə hürufliyin Türkiyədə yayılmasında böyük rol oynayan Nəsiminin türkcə yazdığı “Müqəddimətül-həqayiq” əsəri, onun xəlifəsi Rəfiinin “Bəşarətnamə”si və həmçinin Nəiminin orta əsrlərdə türkcəyə tərcümə olunmuş “Cavidannnamə” və sair əsərləri haqqında məlumat verilmiş, nümunələr göstərilmişdir. Bu əsərlər hürufiliyin türkdilli qaynaqları olması baxımından böyük əhəmiyyətə malikdir.
Elanlar