az
en
Bu gün: 28 Yanvar 2020
Muzeydə bəhailiyə aid əlyazma qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin “Nadir kitablar” fondunda müxtəlif dinlərə aid qiymətli kitablar, əlyazmalar qorunur. Belə əlyazmalardan biri “Bəhaiyyətdə tarixi işlər haqqında” olan əsərdir. Ərəb qrafikası ilə Azərbaycan dilində olub, üzərində müəllif və tarixi qeyd olunmayıb. Sovet hakimiyyətinin ilk illərində tərtib edildiyi təxmin edilir. Əlyazmada bəhailikdə ibadət, namaz, oruc və sair məsələlər haqqında qısa məlumat verilib. Qeyd edək ki, XIX əsrin ortalarında İranda yaranan babiliyin davamı olan bəhailik Azərbaycanda da geniş yayılmış, dini və dünyəvi maarifçiliyin inkişafında böyük rol oynamışdır.
Elanlar