az
en
Bu gün: 28 Yanvar 2020
Muzeydə ilk azərbaycanlı rəssam qadın Qeysər Kaşıyevaya aid neqativ material saxlanılır
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Neqativ fondunda Azərbaycanın ilk peşəkar rəssam qadını, hələ tələbəlik illərindən avropalı rəssamların diqqətini çəkən Qeysər Kaşıyevanın (1893-1972) əks olunduğu neqativ material (İnv.№19848) qorunur. Tiflisdə anadan olan Qeysər Kaşıyeva orada qız pansionunda, daha sonra Gimnaziyada təhsilini davam etdirmişdir. Qeysər xanımın rəssamlıq istedadı o vaxt “Molla Nəsrəddin” jurnalının karikaturaçı-rəssamı Oskar Şmerlinqin diqqətini cəlb edir. Onun tövsiyəsi ilə Tiflisdə incəsənəti təbliğ edən cəmiyyətin nəzdindəki rəssamlıq məktəbində təhsil alır və rəssamlığın sirlərinə yiyələnir. Çəkdiyi portretlər Tiflisin sərgi salonlarını bəzəyir və ona böyük şöhrət gətirir. Sovet hakimiyyəti dövründə uzun müddət repressiyalara məruz qalan və sürgün olunan Qeysər xanımın bir çox əsərləri məhv edilib. Yaradıcılığının ancaq çox az hissəsi – “Yanğınsöndürən”, “Gürcü qızı”, “Kəndli”, “Ziyalı qadın”, “Azərbaycan ziyalısı”, “Göl sahili”, “Qoqolun portreti”, “Qoca keşikçi” kimi bəzi əsərləri günümüzə gəlib çatıb.
Elanlar