az
en
Bu gün: 28 Yanvar 2020
Milli Azərbaycan Tarixi Muzeyi "Könüllülər İli"ndə ilk xeyriyyə tədbirinə start verdi
AMEA Milli Azərbaycan Tarixi Muzeyi (MATM) öz elmi-kütləvi fəalliyyəti ilə yanaşı H.Z.Tağıyev irsinin davamçısı və təmsilçisi kimi xeyriyyə işlərinə də diqqət ayırır. Belə ki, muzey əməkdaşları 1 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsini ziyarət ediblər. Muzeyin bu təşəbbüsü cənab Prezident İlham Əliyevin 2020-ci ili "Könüllülər ili" elan edən müvafiq sərancamına uyğun keçirilib. Tədbirdə çıxış edən MATM-nin Elmi-kütləvi iş və təhsil şöbəsinin müdiri Fəridə Şəmsi qeyd etdi ki, bu tədbir, öz 100 illiyini qeyd etməyə hazırlaşan Muzeyin uşaqlara daha çox diqqət və qayğı göstərməsinin sübutudur. Qeyd olundu ki, Muzey əməkdaşlarının ianəsi ilə toplanan vəsaitlə sosial xidmət müəssisəsinin 176 uşağına isti geyim dəsti və bir günlük yemək təşkil edilib. Tədbirdə çıxış edən Sosial Xidmət Müəssisəsinin direktoru Sevinc Məlikova bu tədbiri 2020-ci il könüllülərinin ilk xeyriyyə tədbiri adlandırdı. Həmçinin rəhbərlik etdiyi müəssisənin müəllim və uşaq kollektivi adından Muzeyin direktoru, akademik Nailə Vəlixanlıya və muzey kollektivinə öz minnətdarlığını bildirib, təşəkkür etdi. Tədbirdə Qədim Musiqi Alətləri Ansamblının rəhbəri, xalq artisti Munis Şərifov və musiqiçi Pərviz Hacıbəyovun xüsusi rol oynadığı musiqili əyləncə də təşkil edilib.
Elanlar