az
en
Bu gün: 30 May 2020
“Azərbaycan” qəzetində Muzeyin “20 Yanvar şəhidləri” kataloqu haqqında məqalə nəşr olunub
Azərbaycan Respublikası Milli Məclisinin orqanı olan “Azərbaycan” qəzetinin 14 yanvar 2020-ci il, 6-cı sayında Məhəmməd Nərimanoğlunun müəllifliyi ilə “20 Yanvar şəhidləri” kataloqu, Azadlıq aşiqlərinin ömür səhifələrindən “dil açan toplu” başlıqlı məqalə dərc olunub. Məqalədə 1990-cı ilin qanlı 20 Yanvar faciəsi haqqında məlumat verilmiş, AMEA Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən bu faciəyə həsr olunmuş “20 Yanvar şəhidləri” kataloqundan (Bakı: Elm, 2018, elmi redaktor: N.Vəlixanlı) geniş bəhs edilmişdir. Məqalədə qeyd olunur ki, Muzeyin fondlarında qorunan 20 Yanvar faciəsi ilə bağlı nadir sənədlər, fotoşəkillər, rəsm əsərləri, küçələrdən yığılmış avtomat güllələrinin boş gilizləri və s. eksponatlar kataloqda oxuculara təqdim olunub. Kataloqun girişində bu faciənin səbəbləri və qurbanlarından yazan Muzeyin direktoru, akademik Nailə Vəlixanlının “Xalqın azadlıq arzusunu boğmaq mümkün olmadı; uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq” sözləri də məqalədə yer alıb. Məqalə müəllifinə görə “Kataloq faciə barəsində dolğun məlumatlar toplusu, onu tarixləşdirən bir sənət əsəri kimi çox qiymətli mənbədir”.
Elanlar