az
en
Bu gün: 28 Yanvar 2020
Muzeydə M.F.Axundzadənin tərtib etdiyi əlifbanın surəti qorunur
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi fondunda görkəmli Azərbaycan filosofu və dramaturqu M. F. Axundzadənin tərtib etdiyi latın qrafikalı Azərbaycan əlifbası layihəsinin surəti (KF № 194) saxlanılır. Ərəb əlifbasını mədəni inkişaf yolunda maneə sayan mütəfəkkirin fəaliyyətində yeni əlifbanın istifadəsi uğrunda mücadilə əsas yer tutmuş, dövrün Mirzə Mülküm xan, Mirzə Yusif xan kimi iranlı ziyalıları tərəfindən də müsbət qarşılanmışdı. Lakin İran və Türkiyə hakimiyyətləri bu ideyanı qəbul etməmişdir. M.F.Axundzadənin bu məsələyə dair düşüncələri “Əlifba haqqında mənzumə”sində əksini tapıb.
Elanlar