az
en
Bu gün: 26 Fevral 2020
Muzey əməkdaşının məqaləsi beynəlxalq jurnalda nəşr olunub
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi-fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d., dosent Tural Şiriyevin «Роль общественно-религиозных сооружений в средневековой мусульманской культуре Азербайджана» (“Orta əsrlərdə Azərbaycan müsəlman mədəniyyətində ictimai-dini tikililərin rolu”) adlı məqaləsi «Вопросы истории» jurnalında (Москва, 2020, № 2, с. 267-274) çap olunub. Məqalədə orta əsrlər Azərbaycanında müsəlman ənənələrinə xas olan üslubda inşa edilmiş abidələr - məscidlər, mədrəsələr, xatirə kompleksləri və türbələr haqqında məlumat verilib, onların ölkənin mədəni, maarif və siyasi həyatında oynadığı mühüm roldan bəhs edilib.
Elanlar