az
en
Bu gün: 26 Fevral 2020
Muzey əməkdaşları film çəkilişində iştirak ediblər
Milli Azərbaycan Tarixi Muzeyində "Mənəvi dünya" İctimai birliyinin "İslamda qadın haqları" layihəsi çərçivəsində sənədli film çəkilişi olub. Filmdə muzeyin əməkdaşları - t.ü.f.d., dos. Tural Şiriyev və t.ü.f.d. Əli Fərhadov iştirak ediblər. T. Şiriyev öz çıxışında Hz. Peyğəmbərin qızı Fatimə xanımın sərt patriarxal münasibətlərin hökm sürdüyü erkən orta əsr cəmiyyətində öz şəxsiyyəti, öz varlığı ilə inqilab etmiş, müasir sivilizasiyamız üçün örnək bir şəxsiyyət olduğunu qeyd edib. Ə. Fərhadov isə Hz. Fatimə xanımın ictimai-siyasi həyatda rolu, nümunəvi ailə həyatı, elmi yaradıcılığı, zülm və haqsızlığa qarşı mübarizəsi haqqında çıxış edib. Quranda əhli-beytə işarə edən ayələrdən nümunələr və izahat verib. Filmin rejissoru Nigar Əliheydərqızıdır.
Elanlar