az
en
Bu gün: 30 May 2020
Muzeydə Şeyxülislam Ağa Əlizadəyə məxsus əba qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda Şeyxülislam Axund Ağa Əlizadəyə (1871-1954) məxsus əba (ruhanilər üçün çiyinlik) mühafizə olunur (inv.№ 9160). Əba XIX əsrin sonu - XX əsrin əvvəlinə aid olub, qara rəngli mahuddan, astarı qara satindəndir. Yaxalığının və qollarının kənarına əl tikişi ilə, tünd rəngli ipək sapdan doldurma üsulu ilə “mollabaşı” naxış zolağı salınmışdır. Əba AMEA Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə tərəfndən Muzeyə hədiyyə edilib. Şeyxülislam Axund Ağa Əlizadə AXC dövrünün şeyxülislamı olub, dini maarifçilik sahəsində və soyqırımlara qarşı mübarizədə xüsusi rol oynamışdır. Sovet hakimiyyəti illərində də ilk şeyxülislam kimi fəaliyyət göstərib, faşizmə qarşı mübarizə apararaq, İran – SSRİ münasibətlərinin yaxşılaşdırılması istiqamətində xidmət edib.
Elanlar