az
en
Bu gün: 31 Mart 2020
Muzeydə M. Əzizbəyova məxsus materiallar qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında Azərbaycanın ilk mühəndislərindən və ilk bolşevik rəhbər xadimlərindən biri olan Məşədi Əzizbəyova (1876-1918) məxsus materiallar saxlanılır. Bunlar Sənədli mənbələr fondundakı fotoşəkilləri (M. Əzizbəyovun dostu A. Nekrasova hədiyyəsi, 1896-1898. İnv. No-13/22; 13/23) və Hədiyyələr və xatirə əşyaları fondundakı "Şeraket" neft sənayesi ticarət yoldaşlığının aksiyalarıdır (İnv. No-2292). Bu materiallar Azərbaycanın sovetləşməsində xüsusi rol oynayan M. Əzizbəyovun həyat və fəaliyyətinin tədqiqi baxımından əhəmiyyətlidir. Qeyd edək ki, M. Əzizbəyov 1898-ci ildə yaradılmış RSDFP-nin ilk üzvlərindən biri, Hümmət sosial-demokrat təşkilatının, İran İctimaiyyun-amiyyun (Sosial-demokrat - Mücahid) partiyasının rəhbər xadimlərindən biri olub. Bakı Xalq Komissarları Sovetində (BXKS) Quberniya komissarı kimi və Xalq daxili işlər komissarı P. Caparidzenin müavini işləyib, Azərbaycanın sovetləşməsi üçün çalışıb. Çar hakimiyyətinə, Qacar şahlıq rejiminə, Qafqaz İslam Ordusuna, Sentrokaspi Diktaturasına, daşnak terrorizminə və ingilis işğalına qarşı mübarizə aparıb, Cənubi Azərbaycanda məşrutə (konstitusiya) inqilabını dəstəkləmişdir. 1918-ci ildə BXKS-nin digər komissarları ilə birlikdə həbs edilmiş, ingilislər tərəfindən indiki Türkmənistanda, Ağcaqum çölündə güllələnmişdir.
Elanlar