az
en
Bu gün: 30 May 2020
Muzey əməkdaşı Xəzərin tarixi ilə bağlı sənədli filmdə iştirak edib
Milli Azərbaycan Tarixi Muzeyinin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədovun iştirakı ilə CBC televiziya kanalında “Tarixin ağ səhifələri” silsiləsindən Xəzər dənizinin qədim və orta əsr tarixinə həsr olunmuş «Xəzərin tarixi” (“История Каспия”) adlı sənədli film çəkilmişdir. Filmdə qədimdə mövcud olmuş “Strabon yolu”, Böyük İpək yolunun Xəzərdən keçən hissəsi, Xəzərin transqressiya və reqressiyasının Xəzəryanı sivilizasiyalara təsiri və b. məsələlərdən bəhs olunur. Filmlə bu ünvanda tanış olmaq olar:⤵️ http://cbc.az/ru/show/52
Elanlar