az
en
Bu gün: 30 May 2020
Muzeyə yeni arxeoloji eksponat hədiyyə olunub
2020-ci ildə 100 illik yubileyini təntənəli şəkildə qeyd etməyə hazırlan Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyasına bu yaxın günlərdə daha bir inci daxil olmuşdur. Belə ki, Naxçıvan Muxtar Respublikasının Ali məclisinin sədri cənab Vasif Talıbovun xüsusi göstərişi ilə Muzeyin Arxeologiya fonduna hədiyyə edilmiş həmin inci keçi təsvirli küpdür. Küp 2009-cu ildə AMEA-nın müxbir üzvü, t.e.d. Vəli Baxşəliyev rəhbərliyi altında Ovçulartəpəsi abidəsində aparılan beynəlxalq arxeoloji qazıntılar zamanı tapılmışdır. Küp əldə tərkibinə saman əlavə olunmuş gildən nisbətən kobud hazırlanmışdır. Üzərinə iki tərəfdən qarşı-qarşıya dayanmış yapma üsulla sxematik keçi təsvirləri verilib. Keçinin buynuzları qoşa maili, gövdəsi və ayaqları düz xətlərlə göstərilib. Saxlanma vəziyyətinə görə isə bu nadir maddi mədəniyyət nümunəsi tam deyil, bərpa olunub. Mütəxəssislər tərəfindən e.ə. V minilliyə aid edilən bu küp Azərbaycanın qədim tarixinə və zəngin mədəniyyətinə aid qiymətli əşyavi mənbədir. Конец переписки Введите сообщение
Elanlar