az
en
Bu gün: 20 Sentyabr 2020
Milli Azərbaycan Tarixi Muzeyi Gənc Alim və Mütəxəssislər Şurası üzvlərinin iştirakı ilə onlayn konfrans keçirilmişdir
Konfransda muzeyin 100 illiyi ilə bağlı bir sıra onlayn silsilə tədbirlərin keçirilməsi barədə müzakirələr aparılmış və Azərbaycan mədəniyyəti ilə bağlı təbliğat xarakterli tədbirlərin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmçinin şura sədri t.ü.f.d Sevinc Nəsirova bu kimi silsilə onlayn tədbirlərin Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən muzeylər, müxtəlif folklor, mədəniyyət evləri ilə birgə həyata keçirilməsinin nəzərdə tutulduğunu konfransda qeyd etmişdir. Şura üzvlərindən muzeyin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Emin Dadaşov da muzeyin xarici muzeylər və xarici folklor evləri ilə beynəlxalq əlaqələrin genişləndirilməsində öz təkliflərini vermiş və bununla bağlı gələcək planları qeyd etmişdir. Sonda isə muzeyin gələcək fəaliyyəti istiqamətində şura üzvləri öz təklif və tövsiyələrini vermişlər
Elanlar