az
en
Bu gün: 20 Sentyabr 2020
Akademik Nailə Vəlixanlı beynəlxalq konfransda çıxış edib
18 May 2020-ci il tarixində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” mövzusunda onlayn beynəlxalq konfrans keçirilib. Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı konfransda iştirak və çıxış edib. Akademik Nailə Vəlixanlı və digərləri öz çıxışları zamanı fiziki məhdudiyyətli ziyarətçilər üçün muzeylərdə reallaşan layihələr haqqında məlumat veriblər. Qeyd edək ki, konfrans Mədəniyyət Nazirliyi və Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə reallaşıb. Tədbir ICOM Azərbaycan Milli Komitəsinin sədri, Milli Xalça Muzeyinin direktoru Şirin Məlikovanın moderatorluğu ilə keçirilib. Konfransda Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, muzey direktorları, xarici mütəxəssislər və digər rəsmi şəxslər də iştirak və çıxış ediblər.
Elanlar