az
en
Bu gün: 05 İyun 2020
Nəriman Nərimanova həsr olunmuş videoçarx təqdim edilib
Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) onlayn silsilə mühazirələri istiqamətində muzeyin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Əli Fərhadov “Nəriman Nərimanovun yaradıcılığında milli-dini məsələlərə baxış” mövzusunda çıxış edib. Ə.Fərhadov tərəfindən muzeyin fond materialları və N.Nərimanovun əsərləri əsasında mütəfəkkirin milli və dini həmrəyliyə, dinlər və məzhəblərə baxışı, daşnak terrorizminə qarşı mübarizəsi, multikultural ideyaları təqdim və təhlil olunub. Videoçarxla burada tanış ola bilərsiniz:https://www.facebook.com/azhistorymuseum/videos/vb.481681958539867/2373504449419598/?type=2&theater
Elanlar