az
en
Bu gün: 05 Iyul 2020
Muzeydə radioqəbuledicini əks etdirən fotoneqativ qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin Neqativ fondunda Bakı radiozavodunda istehsal olunmuş radioqəbuledicinin fotoşəklinin neqativi (İnv.6107) saxlanılır. Alınma tarixi 1954-cü ildir. Fotoqraf S.Kulişovdur. Fotoneqativ sovet Azərbaycanının iqtisadi, sənaye inkişafını və tarixini tədqiq etmək baxımından əhəmiyyətlidir. Qeyd edək ki, 1942-ci ildə Bakı şəhərində atıcı diviziyaları və artilleriya diviziyaları üçün RBS hərbi radiostansiyalarının inkişafı və istehsalı üçün zavod tikilməyə başlanmışdı. Tikintinin rəhbəri, sonradan zavodun baş mühəndisi olan V.İ.Nemtsov idi. 1948-ci ildən “Radiozavod” Yerli Sənaye Nazirliyinin tabeliyində idi. 1950-ci illərin əvvəllərində zavod “Araz” və “Bakı» seriyasından olan məişət radio avadanlığı, radiola və radio qəbuledicilər istehsalını başlatdı. 1963-cü ildə zavodda “Rekord” televizorunun istehsalına başlandı. 70-ci illərin ortalarında zavod “Nairi” seriyalı elektron kompüterlərinin istehsalına başladı. 1985-ci ilin əvvəllərində zavod Radioquraşdırma İstehsalat Birliyinə çevrildi. 1990-cı illərin əvvəllərindən SSRİ-nin dağılması ilə əlaqədar "Radiozavod" qəzalı vəziyyətə düşdü və istehsal dayandırıldı.
Elanlar