az
en
Bu gün: 20 Sentyabr 2020
12 İyun - Yazıçı İsa Muğannanın doğum günüdür
Azərbaycanın görkəmli xalq yazıçısı, Azərbaycan SSR əməkdar incəsənət xadimi, senarist və kinoredaktor, "Nəsimi" mükafatının ilk laureatı (2012), mərhum yazıçı İsa Hüseynov (Muğanna) (1928-2014) indiki Ağstafa rayonunun Muğanlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində və Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952-1954), "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri (1960-1964), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor (1964-1968), redaktor (1968-1974), Senari şurası üzvü (1974-1979), Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. Senariləri əsasında ("26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" və s.) filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunmuşdur. Yazıçının hürufilik mövzusunda "Məhşər", qədim Azərbaycan tarixilə stalinizm repressiyasından bəhs edən "İdeal", "Əbədiyyət" romanları ona ədəbi şöhrət qazandırmışdır.
Elanlar