az
en
Bu gün: 20 Sentyabr 2020
Muzeydə M. Nəvvaba məxsus materiallar mühafizə olunur
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda Şuşa şəhərində dünyaya gəlib, ömrü boyu Qarabağda yaşayıb yaratmış Mirmöhsün Nəvvabın yaradıcılığına aid materiallar qorunub saxlanılır. Ensiklopedik biliyə malik bu şəxsiyyətin elmi irsi ədəbiyyatşünaslıq, musiqişünaslıq, astronomiya, rəssamlıq, xəttatlıq və s. təfəkkür və sənət sahələrinə sirayət etmişdir. Təqdim etdiyimiz kolleksiya alim və sənətkarın şəkli (inv. №518/1) və iki kitabı – 1899-cu ildə nəşr edilən “Kəşfül-həqiqət” (inv. №518/2) və 1897-ci ildə farsca ərsəyə gələn “Təzkireyi-Nəvvab” (inv. №518/3) toplusudur. Qeyd etmək lazımdır ki, kitabların nəfis tərtibatı fitri istedadlı müəllifin özünə məxsusdur.
Elanlar