az
en
Bu gün: 20 Sentyabr 2020
Muzeyin arxeoloji incisi
2020-ci ildə 100 ili tamam olmuş Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycanın zəngin kolleksiyalara malik muzeylərindən biridir. Bu zəngin kolleksiyada arxeoloji materiallar xüsusi yer tutur. Muzeyin arxeoloji inciləri sırasına daxil olan materiallardan biri Naxçıvan bölgəsindən tapılmış çaydan tipli qabdır. 1926-cı ildə arxeoloq İvan Meşşaninov tərəfindən Qızılburun abidəsindən tapılmış həmin qabın oturacaq diametri 8 sm, ağız diametri 12,5 sm, gövdə diametri 18 sm, hündürlüyü 12 sm-dir. Boz rəngli, boyalı, çaynik tipli qabın gövdəsi bir qədər batıq, ortadan qabarıqdır. Uzun lüləsi quş dimdiyini xatırladır , gövdəsinin yuxarısı qırmızı rəngli boya ilə həndəsi naxışlanıb. E.ə. II minilliyin sonu - I minilliyin əvvəllərinə aid bu qabın oxşar nümunələri İran Azərbaycanındakı Həsənlu, Göytəpə, Xurvin və digər abidələrdən tapılmışdır. Qab Naxçıvanın Son tunc - Erkən dəmir dövrü tayfalarının dulusçuluğu, əlaqələri, məişəti və bədii zövqü haqqında dolğun təsəvvür yaradan qiymətli əşyavi mənbələrdən biridir.
Elanlar