az
en
Bu gün: 07 Avqust 2020
Beynəlxalq konfransın tezisləri nəşr olunub
18-20 may 2020-ci il tarixində Bakı Avrasiya Universitetində onlayn formatda keçirilmiş Avrasiya Zirvəsi VI Elmi Araşdırmalar və Aktual Problemlər Konfransının tezisləri nəşr olunub. Topluda Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, t.ü.f.d. Əli Fərhadovun “XIX əsrin ikinci yarısında İranda dini-siyasi duruma baxış (Mirzə Mülküm xanın yaradıcılığı əsasında)” adlı tezisi də yer alır (6th International Euroasia Congress on Scientific Researches and Recent Trends. Book of Abstracts. Baku, 2020, 223 s., s.96-97). Tezisdə iranlı mütəfəkkir Mirzə Mülküm xanın həyat və yaradıcılığı, M.F.Axundzadə və s. azərbaycanlı ziyalılarla əlaqəsindən, dövrün ictimai-siyasi, dini vəziyyətindən bəhs olunur. Konfransın məqalələr toplusu da nəşr olunacaq.
Elanlar