az
en
Bu gün: 05 Iyul 2020
Muzeydə Sara Aşurbəyliyə aid materiallar qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda Azərbaycan elminin görkəmli simalarının müxtəlif səpkili zəngin materialları saxlanılır. Onların arasında 2020-ci ilin yanvarında anadan olmasının 115 illiyi qeyd edilmiş tanınmış tarixçi alim Sara Aşurbəylinin də sənədləri (inv. 2617-2624) yer alır. 1910-1970-ci illərə aid fotoşəkillərdən başqa Bakıda rus dilində çapdan çıxmış “Kim kimdir” nəşrinin xüsusi buraxılışı diqqəti cəlb edir. Kitabda Sara xanımın elmi araşdırmaları haqqında məlumat verilir. Həmçinin Bakının tarixi ilə sıx bağlı olan Aşurbəyovlar nəslinin nüfuzlu nümayəndələrindən geniş bəhs edilib, ailənin şəcərəsi təqdim olunub.
Elanlar