az
en
Bu gün: 22 Sentyabr 2020
Muzey əməkdaşlarının məqaləsi beynəlxalq nüfuzlu jurnalda dərc olunub
“İRS” beynəlxalq Azərbaycan jurnalının növbəti (№1 (103) 2020) nömrəsində Muzeyin elmi katibi, t.ü.f.d, dos. Fərhad Cabbarov və Elmi-ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d., dos. Səbuhi Əhmədovun rus dilində elmi məqalələri yer almışdır. F.Cabbarovun “Азербайджан в политике РСФСР на Южном Кавказе (1920-1922) (Azərbaycan Cənubi Qafqazda RSFSR-in siyasətində (1920-1922))” adlı məqaləsində 1920-22-ci illərdə Sovet Rusiyasının Azərbaycanı işğal etməsi və Cənubi Qafqazda öz siyasətini aparılmasından bəhs edilir. S.Əhmədovun “Азербайджан в годы Второй мировой войны. 1941 год (Azərbaycan İkinci dünya müharibəsi illərində. 1941)” adlı məqaləsi Böyük Vətən müharibəsinin 75 illiyinə həsr edilib və bu müharibədə Azərbaycanın rolundan danışılır. Azərbaycan xalqının müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqları açıqlamaq ciddi elmi-nəzəri, siyasi və əməli əhəmiyyətə malikdir.
Elanlar