az
en
Bu gün: 22 Sentyabr 2020
AMEA-nın Prezidenti, akademik Ramiz Mehdiyev Milli Azərbaycan Tarixi Muzeyində olub
Milli Azərbaycan Tarixi Muzeyinin 100 illiyi ərəfəsində AMEA-nın Prezidenti akademik Ramiz Mehdiyev və AMEA-nın birinci vitse-prezidenti akademik İsa Həbibbəyli təmir-bərpa işlərindən sonra muzeyin vəziyyəti ilə tanış olmaq məqsədilə muzeyə gəlmişlər. Muzeyin direktoru, akademik Nailə Vəlixanlı onlara muzeydə aparılmış bərpa işləri haqqında məlumat vermiş, Hacı Zeynalabdin Tağıyevin yeni materiallarla və iriölçülü ekranla (touchscreen) təchiz edilmiş xatirə muzeyi, "İkinci dünya müharibəsinin 75 illiyinə həsr olunmuş" sərgi ilə tanış etmişdir. Qeyd edib ki, məşhur xeyriyyəçinin xatirəsini əbədiləşdirmək məqsədilə yaradılan muzey 9 otaqdan - H.Z.Tağıyevin iş kabineti, Şərq zalı, kitabxana, yemək, məlumat, yataq, təmizlik otaqları və Sona xanım Tağıyevanın otağından ibarətdir. N.Vəlixanlı otaqların görünüşü, eləcə də əşya və mebellərin H.Z.Tağıyevin ailə fotoalbomu əsasında Azərbaycan və İtaliya mütəxəssisləri tərəfindən bərpa edildiyini diqqətə çatdırıb. Akademik R.Mehdiyev muzeyin pandemiya dövrü fəaliyyəti, problemi və muzeyin yeni nəşrləri haqqında ətraflı məlumat almışdır. R.Mehdiyev muzeydə görülmüş bərpa və yenidənqurma işlərini yüksək qiymətləndirib, burada Azərbaycanın tarixi ilə tanış olmaq üçün zəngin materialların olduğunu bildirərək muzeyin fəaliyyətinə uğurlar arzulayıb.
Elanlar