az
en
Bu gün: 20 Sentyabr 2020
Muzeydə “Zoom” platforması vasitəsilə 15 sentyabr – Bilik Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanda 15 sentyabr Bilik Günü elan olunub. Bu münasibətlə Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən Zoom platforması vasitəsilə 14 sentyabr 2020-ci il tarixində Bilik Gününə həsr olunmuş tədbir təşkil olunub. Tədbir Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsi və Elmi maarifləndirmə və ekskursiyalar şöbəsinin təşkilatçılığı ilə keçirilib. Tədbiri AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi-kütləvi iş və təhsil şöbəsinin müdiri Fəridə Şəmsi açıq elan etdikdən sonra Elmi maarifləndirmə və ekskursiyalar şöbəsinin əməkdaşı Xədicə Hüseynovanın təqdimatında “Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyi”nə virtual ekskursiya və Elmi maarifləndirmə və ekskursiyalar şöbəsinin əməkdaşı Sara Əhmədovanın təqdimatında Faşizm üzərində qələbənin 75 illiyinə həsr olunmuş “Azərbaycan II Dünya müharibəsi illərində” adlı sərgiyə virtual ekskursiya təqdim olundu. Virtual ekskursiyalar şagirdlər və müəllimlər tərəfindən böyük maraqla qarşılanııb. Tədbirdə Muzey əməkdaşları, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları, ümumi təhsil məktəbləri, gimnaziya və liseylərin müəllim və şagird heyəti iştirak edib.
Elanlar