az
en
Bu gün: 31 Oktyabr 2020
Muzeydə Xurşidbanu Natəvanın başmağı saxlanılır
Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda XIX əsrin görkəmli Qarabağ şairəsi, Xan qızı Natəvana məxsus başmaq qorunur (İnv. № 4382). 1957-ci ildə şairə Natəvanın nəvəsi Soltanova Asiya Cabbar qızı tərəfindən Muzeyə təhvil verilmişdir. Altı aşılanmış gön, üstü isə güləbətin tikməlidir. Üzərinə yaşıl, firuzəyi, qara və qırmızı rənglərdə toz muncuğu ilə tikilmiş yarpaq və güllə bəzədilmişdir. Başmağn içəridən ayaqaltı hissəsi tumacdır. Üzərindəki tikməni şəxsən Natəvan tikmişdir. Eksponat həm Xurşidbanu Natəvanın irsinin tədqiq və təbliği, həm də Qarabağın Azərbaycana məxsusluğunu göstərmək baxımından böyük əhəmiyyətə malikdir.
Elanlar