az
en
Bu gün: 31 Oktyabr 2020
Muzey əməkdaşının Azərbaycan hərb tarixinə dair yeni kitabı çap olunub
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d., dosent Səbuhi Əhmədovun müəllifi olduğu “Azərbaycanın hərb tarixi. 3-cü hissə. Azərbaycan Səfəvi dövlətinin XVI – XVII əsrlərdə müharibələri və hərb sənəti” adlı kitabı rus dilində çap olunub (Сабухи Ахмедов. Военная история Азербайджана. III часть. Войны и военное искусство Азербайджанского государства Сефевидов в XVI – XVII веках. Баку, 2020, 276 с.). “Azərbaycan hərb tarixi” kitabı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında 7 cilddə hazırlanır, layihənin rəhbəri və elmi redaktor ehtiyatda olan 1-ci dərəcəli kapitan, t.e.d., professor Nurulla Əliyevdir. Layihəyə əsasən, kitabın hər cildi müxtəlif müəlliflər tərəfindən hazırlanaraq ümumilikdə ən qədim dövrlərdən bu günə qədər Azərbaycan hərb sənətinin inkişafını əks etdirməlidir. Hər cild Azərbaycan, rus və ingilis dillərində hazırlanır. İndiyədək kitabın 1-ci və 2-ci cildləri işıq üzü görmüşdür. Kitabın 3-cü cildində XVI-XVII əsr Azərbaycan hərb tarixinin aktual məsələlərinə nəzər yetirilir. Bu yaxınlarda kitabın 3-cü cildi Azərbaycan və ingilis dillərində çap olunacaq.
Elanlar