az
en
Bu gün: 27 Yanvar 2021
Muzey “ƏN BÖYÜK ƏSGƏR - BİZİM ƏSGƏR” adlı açıq məktub müsabiqəsini ELAN edir:
Milli Azərbaycan Tarixi Muzeyi (MATM) məktəblilər üçün Milli Orduya mənəvi dəstək məqsədilə “ƏN BÖYÜK ƏSGƏR - BİZİM ƏSGƏR” adlı açıq məktub müsabiqəsini elan edir. MATM bu müsabiqədə bu gün əzəli torpaqlarımıza göz dikən azğın düşmən ilə üz-üzə durmuş əsgərlərimizə öz ürək sözlərini çatdırmaq istəyən bütün vətənpərvər məktəblilər üçün özünü, düşüncələrini ifadə etmək şansını verir. Müsabiqənin məqsədi hazırda ön cəbhədə ağır döyüşlərdə böyük şücaətlər göstərən əsgərlərimizi ruhlandırmaq, haqq işində onların VƏTƏN adlı ANAnın övladı olduqlarını bildirmək, bütün bunları məktəblilərin öz dili ilə ifadə etməkdir. Müsabiqədə iştirak edən şagirdin adı, soyadı, fotosu, məktəbin nömrəsi, sinfi mütləq göstərilməlidir. Hər məktubun bir nüsxəsi Muzeyin facebook səhifəsində yayımlanmaqla bərabər ön cəbhəyə də göndəriləcək. Məktubların qəbulu oktyabrın 12-dən 31-dək facebook səhifəmizin mesaj bölməsində qəbul ediləcək. Bütün müsabiqə iştirakçıları Muzeyə dəvət olunacaq, rəhbərlik onlarla görüş keçirəcək və Muzey nəşrlərindən ibarət hədiyyələrlə mükafatlandırılacaqlar. Bütün iştirakçılara uğur diləyirik!
Elanlar