az
en
Bu gün: 27 Yanvar 2021
Muzeydə 18 oktyabr - “Dövlət Müstəqilliyi Günü” münasibətilə onlayn tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyi mütəmadi olaraq vətənpərvərlik mövzularında mühazirələr və seminarlar keçirir. Bu istiqamətdə Bakı şəhəri “İdrak” liseyi ilə birgə onlayn tədbir keçirilib. Muzeyin aparıcı elmi işçisi, dos. Bəhman Kərimov 18 oktyabr - Dövlət Müstəqilliyi Günü” münasibəti ilə Bakı şəhəri “İdrak” liseyinin şagirdlərilə birlikdə sual-cavab formasında tədbir keçirib. Tədbirdə dos. Bəhman Kərimov şagirdlərin Azərbaycanın müstəqillik tarixi ilə bağlı suallarını cavablandırıb. Qeyd edilib ki, xalqımızın böyük mübarizəsi nəticəsində, Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edilmişdir. Beləliklə, Azərbaycan xalqı öz dövlət müstəqilliyini yenidən bərpa etdi. Bu müstəqilliyin qorunmasında isə Ulu öndər Heydər Əliyev böyük rol oynamışdır. Ümummilli liderin bu siyasəti hal-hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Elanlar