az
en
Bu gün: 04 Dekabr 2020
Muzeydə Xudafərin körpüsünü əks etdirən fotoneqativ qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin Neqativ fondunda Xudafərin körpüsünü əks etdirən fotoşəklin neqativi saxlanılır (İnv. 19075). Fotoqrafı Hüseynzadədir, fotoneqativ 1982-ci ildə Muzeyə qəbul edilib. Xudafərin körpüsü Azərbaycanın Cəbrayıl rayonu ilə İranın Xudafərin şəhristanı arasında yerləşən, Araz çayı üzərində salınmış körpüdür.1027-ci ildə Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən Rəvvadilərlə mübarizə aparmaq üçün inşa olunub. Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələrinin nəzərəti altına keçib. Xudafərin körpüsünün yerləşdiyi Cəbrayıl rayonu 4 oktyabr 2020-ci ildə, körpünün özü isə 18 oktyabrda erməni işğalından azad edilmişdir.
Elanlar