az
en
Bu gün: 04 Dekabr 2020
Muzeydə Tərtər rayonundan tapılmış gümüş sikkələr qorunur
1939-cu ilin iyun ayında Tərtər rayonunda təsərrüfat işləri nəticəsində 10 sm dərinlikdə gümüş sikkələr dəfinəsi aşkar edilmişdi. Həmin dəfinədən 14 sikkə Bakı şəhərinə gətirilərək Azərbaycan Tarixi Muzeyinə təhvil verilmişdi. Numizmat alim, professor Yevgeni Paxomovun təyinatı nəticəsində dəfinədəki gümüş sikkələrin (abbasıların) Azərbaycan xanlıqları (Gəncə, Şamaxı) dövrünə aid olduğu müəyyən edilmişdir. Üzərində hicri tarixə müvafiq zərb ili (rəqəmlərlə), zərb yeri və müəyyən dini ifadələr (“Ya sahib əz-zəman” və b.) olan, hazırda Muzeydə qorunan bu dəfinədə erkən sikkə hicri 1184 = 1770/1-ci ilə, son sikkə isə hicri 1202 = 1787/8-ci ilə aiddir. Muzeydə qorunan bu sikkələr xanlıqlar dövrü tariximizin tədqiqi baxımından əhəmiyyətlidir.
Elanlar