az
en
Bu gün: 04 Dekabr 2020
Muzeydə tarixi Qarabağ dolçası mühafizə edilir
Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda e.ə. XII-IX əsrlərə aid gil dolça qorunur (İnv. №1225). Dolça yaxşı bişirilmiş və gili tünd boz rəng almışdır. Gövdəsinin bəzi hissələrində gilinin rəngi qaradır. Qabın ağzı boğazdan yuxarı kənara doğru enlənir. Dolçanın gövdəsi isə şarvari formaya malikdir. Ağız ilə gövdə arasına qövsvari qulp yapılmışdı. Oturacağı düzdür. Cilalanmış səthi sayadır. Ağzının bir hissəsi sınaraq qopmuşdur. Saxlanma vəziyyətinə görə qismən tamdır. Dolça 1927-ci ildə Ağdamdan tapılmışdır.
Elanlar