az
en
Bu gün: 04 Dekabr 2020
Muzey əməkdaşı mühazirə oxuyub
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qafarlı Qənirə "Mədəniyyət Sizsiniz" layihəsi çərçivəsində "Ümid Yeri" Uşaq Sığınacağında mühazirə ilə çıxış edib. Şagirdlərə "Milli Azərbaycan Tarixi Muzeyi 100 ildə” mövzusunda mühazirə oxuyub. Slaydlarla müşayiət olunan çıxışda Muzeyin tarixi, yerləşdiyi tarixi bina, strukturu, ekspozisiyası, fondları haqqında ətraflı məlumat verilib. Mühazirəçi gənc nəslə milli irsimizin təbliği və sevdirilməsi mövzusunda danışıb. Mühazirə məmnunluqla qarşılanıb, verilən suallar Q.Qafarlı tərəfindən ətraflı cavablandırılıb. Mühazirənin sonunda uşaqlar Milli Azərbaycan Tarixi Muzeyinde qorunan, Qarabağın mədəni irsini özündə ehtiva edən eksponatların şəkillərini çəkiblər. Mühazirə 10 nəfərlik qruplarla, sosial izolyasiya qaydalarına uyğun təşkil olunub.
Elanlar